Türk əsilli almaniyalı futbolçu “Qalatasaray”a keçə bilər
01.01.2026 - 15:23
“Hoffenhaym”də çıxış edən Umut Tohumcu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray” türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
“Sarı-qırmızılar” Tohumcunu 5 milyon avroluq məcburi olmayan satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Umut Tohumcu “Hoffenhaym”ın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
0
0