“Nəticələrə görə mən cavabdehəm”
30.12.2023 - 09:43
Klub prezidenti azarkeşlərdən üzr istəyib.
Apasport.az xəbər verir ki, "Napoli" prezidenti Aurelio De Laurentis komandanın “Monza” ilə (0:0) oyunundan sonra açıqlama verib.
74 yaşlı funksioner bütün məsuliyyətin ona aid olduğunu bildirib: “Bu mənim səhvimdir. Qeydə alınan nəticələrə görə futbolçular və məşqçilər məsuliyyət daşımır, bu mənim günahımdır. “Napoli” azarkeşlərindən üzr istəmək istəyirəm. Yanvarda yeni oyunçular almaqla vəziyyəti yaxşılaşdıracağıq”.
Qeyd edək ki, 18 matçdan sonra 28 xala malik olan “Napoli” hazırda turnir cədvəlinin 7-ci pilləsində yer alır.
- De Byazinin qarşısına şərt qoyuldu - səhvlər təkrarlanmasın
- İspaniya Futbol Federasiyasının yeni prezidenti məlum oldu
- Azərbaycanın daha 4 boksçusu III MDB Oyunlarında yarımfinala yüksəlib
- “Araz-Naxçıvan” rusiyalı mütəxəssisə tapşırıldı - Rəsmi
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
0
0