Neymar uzun fasilədən sonra Braziliya yığmasına dəvət alıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.
Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Neymar millidə son olaraq nə zaman çıxış edib?
O, sonuncu dəfə 2023-cü il oktyabrın 18-də "pentakampeonlar"ın heyətində meydana çıxıb. Neymarın 1 hissə oynadığı qarşılaşmada braziliyalılar Uruqvay yığmasına 0:2 hesabı ilə uduzublar.
Xatırladaq ki, ulduz futbolçu yanvarın sonunda "Əl-Hilal"dan "Santos"a transfer olunub.
Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.
- “Liverpul” Fransadan hücumçu alır
- “Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi ölkəmizin güclü mövqeyinin göstəricisidir”
- Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
- "Neftçi"dən azarkeşlərə jest - "Sabah"la matçın biletləri satışda
- Azərbaycan millisinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində