Neymar “Santos”da qalmağa yaxındır
14.12.2025 - 01:17
Neymar gələcəyi ilə bağlı hələ yekun qərarını verməyib.
Apasport.az xəbər verir ki, “Santos” klubu 33 yaşlı vingerə yeni müqavilə təklif edib.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi təcrübəli futbolçunun çıxışından razıdır. Neymar isə 2026-cı il dünya çempionatı ərəfəsində yaxşı formada qalmaq üçün komandada qalmağa müsbət yanaşır.
Ulduz futbolçunun yaxın vaxtlarda yekun qərarını açıqlayacağı bildirilir.
Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində keçirdiyi 28 rəsmi matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
- “Sevilya”nın hakimə rüşvət verdiyi iddia olunur
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
- Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB
- “Mançester Siti” Premyer Liqada hamıdan öndə
- Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək
0
0