Neymarın təyyarəsi məcburi eniş etdi
22.06.2022 - 13:08

PSJ-nin hücumçusu Neymar həyəcanlı anlar yaşayıb.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü ölkəsinə qayıdarkən təyyarədə problem yaşanıb.
Məsələ burasındadır ki, Braziliya səmalarında olarkən pilot pəncərənin çartladığını görüb və ən yaxın hava limanına eniş etmək qərarına gəlib. “Hava gəmisi”nin yenidən hərəkətə gəlməsi üçün ön şüşənin dəyişdirilməsi tapşırılıb. Lakin bacısı ilə birlikdə göyərtədə olan Neymar gözləmək istəməyib və dərhal icarəyə götürdüyü başqa təyyarə ilə yoluna davam edib.
Qeyd edək ki, Neymara məxsus təyyarənin qiyməti 12,5 milyon avrodur.
- "Qarabağ"ın futbol akademiyasında məşqçi təyinatları gerçəkləşib
- Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib
- Mikelsə Azərbaycandan 3 müştəri - "Neftçi"ni seçəcək?
- Luçesku 38 ildən sonra milli komandaya qayıtdı – Rəsmi
- İdman jurnalistlərinin baş məşqçi namizədləri - Foqts, De Byazi kimi dağdan düşən yox...
0
0