Norveç 1/16 finalda - Liderlik üçün rəqib Fransa
23.06.2026 - 06:10
Norveç 1/16 finalda - Liderlik üçün rəqib Fransa

Norveç millisi 2026-cı il dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, I qrupunun II turunda Seneqalla qarşılaşan Skandinaviya təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

28 ildən sonra Dünya Çempionatında iştirak edən Norveç bu qələbənin ardınca 1/16 final mərhələsində iştirakını təmin edib.

Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran Norveç ilk turda İraqı 4:1 hesabı ilə məğlub etmişdi. Komanda qrup liderliyi üçün son turda Fransa ilə qarşılaşacaq.