Manuel Noyer Bundesliqada qələbə rekordunu yeniləyib. “Bavariya”nın qapıçısı üçün bu gün Dortmund “Borussiya”sına qarşı qazanılan 2:1 hesablı qələbə Almaniya çempionatında 363-cü olub.
Apasport.az xəbər verir ki, Noyer bununla keçmiş komanda yoldaşı və əvvəlki rekordçu Tomas Mülleri (362 qələbə) geridə qoyub.
Bu nailiyyət üçün həmçinin “Şalke”də də çıxış etmiş Noyerə 530 oyun lazım olub, Müller isə bunu 503 matçda bacarıb.
Onların ardınca gələnlər: Oliver Kan (310), Manfred Kalts (291), Robert Levandovski (274), Mats Hummels (268), Filip Lam (250), Lothar Matteus (249), Zepp Mayer (249) və Klaudio Pisarro (248).
- “Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazanıb
- AMADA nümayəndələri WADA-nın illik simpoziumunda iştirak ediblər
- "Şamaxı" - "Turan Tovuz" oyunu canlı yayımlanmayacaq - "CBC Sport"dan açıqlama
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Kadi “Qarabağ”da - RƏSMİ