"Nyukasl" Kariusla bağlı qərar verib
27.04.2024 - 14:33
"Nyukasl" qapıçı Loris Kariusun gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" oyunçu ilə müqaviləni yeniləməmək qərarına gəliblər.
Beləliklə, Loris bu mövsümün sonunda komandadan ayrılacaq.
Karius 2022-ci ilin payızından "Nyukasl"da çıxış edir. İngiltərə Premyer Liqasının bu mövsümündə 30 yaşlı almaniyalı cəmi 1 görüş keçirib və 4 qol buraxıb.
"Transfermarkt" portalı Lorisin bazar dəyərini 1 milyon avro olaraq qiymətləndirir.
- Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
- "Bavariya" - PSJ matçını bu hakim idarə edəcək
- Ölkə birinciliyi: 5 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
- "Mançester Yunayted" Altayla bağlı qərar verib
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
0
0