Oğlunun adını Münhen qoydu – sabiq “Bavariya”lı
13.06.2022 - 22:03
“Bavariya”nın sabiq futbolçusu Samuel Kuffur qeyri-adi seçimi ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçi oğluna Münhen adını verib.
O, belə addımı vaxtilə şərəfini qoruduğu “Bavariya”nın təmsilçisi olduğu şəhərə sevgisini nümayiş etdirib. Bunu Kuffurun özü açıqlayıb: “Mənim oğlumun adı Münhendir. Uli Höness mütləq onu görməlidir”.
Qeyd edək ki, 1993-2005-ci illərdə “Bavariya”da oynayan Kuffur 6 dəfə Almaniya çempionu, 4 dəfə kubokun qalibi, Liqa kubokunun, Çempionlar Liqası, UEFA kuboku və Qitələrarası kubokun sahibi olub.
- Messi və Ronaldo ilə görüşün ilkin qiyməti – 2,66 milyon dollar
- “Araz Naxçıvan”dan böyükhesablı qələbə
- David Alaba ölkəsində ilin futbolçusu seçildi
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI
0
0