"Bu qərarı gözləmirdik, amma demək ki, gözləyənlər var idi. Tvitlərini dərhal atdılar".
Bu sözləri Türkiyə Super Liqasının XXIII turu çərçivəsində yarıda saxlanılan "Qalatasaray" - "Adana Dəmirspor" matçının mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Okan Buruk deyib.
Təcrübəli mütəxəssis bu hadisənin Türkiyə futboluna ziyan vurduğunu dilə gətirib:
"Heç kimin günahını almaq lazım deyil. "Adana Dəmirspor" oyunçularını təbrik edirəm, çox gözəl mübarizə aparırdılar. Azarkeşləri də 'Biz heç vaxt təslim olmadıq' pankartı açmışdı. Əgər "Adana Dəmirspor" oyunçuları meydançada oyunu tərk edirlərsə, bunu qiymətləndirmək lazımdır. Məncə, o vəziyyət penalti deyildi. Bizim xeyrimizə və əleyhimizə çox səhv qərarlar alındı. "Adana Dəmirspor"un əleyhinə də çox səhv qərarlar verildi bu matça qədər. Bunun çox asan verilən bir qərar olduğunu düşünmürəm. Birdən-birə kimsə zəng edir və komanda meydançadan çəkilir. Bu, Türk futboluna böyük bir zərbədir. Burada baş verənlərin düzgün olduğunu düşünmürəm. Çox üzülürəm. Türk futbolunu pis göstərmək üçün hər zaman bir cəhd var. Bu qərara hörmətlə yanaşıram. "Adana Dəmirspor" çox böyük bir klubdur".
Qeyd edək ki, "Adana Dəmirspor" 33-cü dəqiqədə meydandan çəkilib. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub.
- Paris-2024: Avarçəkənimiz 17-ci oldu
- “Sumqayıt”dan ayrılan futbolçunun yeni ünvanı bəlli olub
- Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
- İtalyanlardan İsrailə tarixi etiraz – Himn zamanı görün nə etdilər
- Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO