Okan Buruk Super Liqada rekord qırdı
30.01.2024 - 11:57
Super Liqanın 23-cü həftəsində "Qalatasaray" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı"ların qollarını Vilfrid Zaha və Barış Alper Yılmaz vurub.
"Qalatasaray"ın bu qələbəsi baş məşqçi Okan Buruku Super Liqa tarixinə salıb. Okan Buruk Super Liqada ardıcıl 15 ev matçında qalib gələn ilk türk məşqçi olub.
Qeyd edək ki, 23 turdan sonra 60 xal toplayan "Qalatasaray" xallarını lider "Fənərbaxça"ya çatdırıb.
- 7 boksçumuz finalda – 2-si erməniyə qalib gəldi
- Qurban Qurbanov: “Bu barədə heç düşünməmişik”
- Cengiz Ündər: "İstəyimiz ermənilərə qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır"
- Ölkəmizi Avropa çempionatında 19 cüdoçu təmsil edəcək
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
0
0