Olise: “Məqsədimiz dünya çempionu olmaqdır”
30.07.2026 - 19:46
Olise: “Məqsədimiz dünya çempionu olmaqdır”

Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise 2026-cı il dünya çempionatının başa çatmasından sonra azarkeşlərə müraciət edib.

Apasport.az xəbər verir ki, mundialı dördüncü pillədə başa vuran futbolçu uğursuz nəticədən məyus olduqlarını bildirib:

“Kuboku qazana bilməməyimiz böyük məyusluqdur. Turnirə başlayarkən belə sonluq təsəvvür etmirdik. Dünya çempionatında Fransa millisinin formasını geyinmək mənim üçün hər zaman arzu olub. Kuboku qazana bilməsək də, dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə verən futbolçu kimi rekord qırdığıma görə qürur duyuram. Amma əsas məsələ komanda yoldaşlarımla, məşqçilərlə, heyətlə və azarkeşlərlə birlikdə bu yolu keçməyimizdir".

Olise yığmanın gələcəkdə daha güclü qayıdacağına inandığını da vurğulayıb:

“Dünya çempionu olmaq hədəfimiz olaraq qalır. Ümid edirəm ki, gələcəkdə sizə daha çox sevinc və unudulmaz anlar yaşadacağıq. Mənə ilk dəfə millidə şans verən və ən çətin məqamlarda inanan baş məşqçiyə də təşəkkür edirəm. Hər zaman buna görə minnətdar olacağam".

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzub, üçüncü yer uğrunda görüşdə isə İngiltərəyə məğlub olaraq turniri dördüncü pillədə başa vurub.