Olmodan yeni müqavilə
02.06.2023 - 01:44
Dani Olmo “Leyptsiq”i tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, ispaniyalı futbolçu komanda ilə yeni müqavilə imzalayıb.
Bir çox klubların transfer hədəfində olan Olmonun yayda komandadan gedəcəyi gözlənilirdi. Əvəzində İspaniya yığmasının üzvü “Leyptsiq”lə 2027-ci ilədək yeni razılaşma əldə edib. 2020-ci ildən alman klubunun şərəfini qoruyan Dani 122 matçda 21 qol vurub, 29 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona”, “Real”və “Bavariya” Olmonu transfer etməyi planlaşdırmışdı.
- Cəzaçəkmə müəssisəsində qadınlar arasında turnir keçirillib
- Rəşad Sadıqov: “Çempionatda heç kim bu sistemlə oynamır”
- Finalçılar bukmeker kontorlarını yanıldacaq
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- Coşqun Diniyevli "Ümraniyespor" yenə məğlub olub - VİDEO
0
0