Onana “Trabzonspor”la anlaşdı
10.09.2025 - 23:45
Onana “Trabzonspor”la anlaşdı

“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, “Trabzonspor” qolkiperin transferi ilə bağlı “qırmızı şeytanlar”la razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər keçidlə bağlı anlaşıb. Onana yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gələcək.

Qeyd edək ki, Andre 2023-cü ildən "Yunayted"də çıxış edir.