Osimhen əməliyyat olunub
23.03.2026 - 19:34
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rəşad Rəsullu: "O, intizamsızlığa görə imtahandan kəsildi"
- Boksçumuz erməni rəqibinə qalib gəldi, Paris-2024-ə lisenziya qazandı - FOTOLENT
- Azərbaycan – Qazaxıstan: Hakimlər açıqlandı
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
- Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi - FOTOLENT
0
0