Osimhen ilk qolunu vurdu, "Qalatasaray"ın seriyası qırıldı
28.09.2024 - 22:13

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Qalatasaray" da növbəti matçına çıxıb.
Komanda "Kasımpaşa"nı qəbul edib. Görüşdə hesabı Viktor Osimhen açıb. Klubda ilk qolunu vuran nigeriyalı çox keçmədən dublunu rəsmiləşdirib. Ardından Mauro İkardi fərqi 3 topa çatdırıb.
Lakin qonaqlar matçda dönüş yaratmağı bacarıb. "Kasımpaşa" ardıcıl 3 qol vuraraq heç-heçəyə nail olub.
Qeyd edək ki, "Qalatasaray" 7 turdan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir. Komanda bunadək ardıcıl 6 çempionat matçında qələbə qazanmışdı.
- “Beşiktaş”ın yeni transfer hədəfi
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- "Trabzonspor" - "Fənərbaxça" oyunu ilə bağlı TFF-dən açıqlama
- “Liverpul”dan ayrılır? - Salah özü açıqladı
0
0