Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində Nigeriya millisi Mozambik yığması ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, oyun Nigeriyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada azarkeşlər gərgin anlara da şahidlik ediblər. Belə ki, oyunun ikinci hissəsində “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenlə yığmadakı komanda yoldaşı Ademola Lukman arasında münaqişə yaşanıb. Hadisədən dərhal sonra İstanbul klubunun forvardı texniki heyətə əl işarəsi ilə dəyişiklik edilməsini və meydandan çıxarılmasını tələb edib. Nəticədə Osimhen matçın 68-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Osimhen bu oyunda 2 qol vurub, Lukman isə 1 qol və 2 assistlə yadda qalıb.
- “Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib
- Kvaratsxeliya Gürcüstan millisinin kapitanı oldu
- “Fənərbaxça” son dəqiqədə xal itirdi: Qapıçıdan inanılmaz səhv
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- Yığmamız Avropa birinciliyinə 22 boksçu ilə yollandı