Osimhen üçün 120 milyon avro
08.01.2024 - 17:31
"Çelsi" ön xətti gücləndirməkdə qərarlıdır.
Apasport.az xəbər verir ki, “zadəganlar” "Napoli"nin hücumçusu Viktor Osimheni komandaya gətirməyin yollarını araşdırır.
London klubu 25 yaşlı forvardın müqaviləsində nəzərdə tutulan 120 milyon avro təzminatı ödəməyi düşünür. İngilislər mövsümün sonunda Nigeriya millisinin qol silahını komandaya gətirəcəyinə inanır.
Qeyd edək ki, bu mövsüm 18 oyunda meydana çıxan Osimhen 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gələcək
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Arsenal" "Everton"dan qisasını 4 qat aldı
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- Türkiyədə kəllə paçaya transfer
0
0