Türkiyə millisinin DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya məğlubiyyətindən sonra “Hoffenhaym”dan diqqətçəkən paylaşım gəlib.
Apasport.az xəbər verir ki, Almaniya klubunun rəsmi səhifəsi yığmada forma geyinən futbolçusu Ozan Kabakın heyətdə yer almamasına eyham vurub.
Bundesliqa təmsilçisi sosial şəbəkə hesabında almanca “Kein Ozan, kein Sieg…” yazıb. Bu ifadə Azərbaycan dilinə “Ozan yoxdursa, qələbə də yoxdur...” kimi tərcümə olunur.
Klub paylaşımına “Na, Guten Morgen” - "Hə, sabahınız xeyir" sözlərini də əlavə edərək Türkiyə millisinin məğlubiyyətinə istehzalı şəkildə reaksiya verib.
Qeyd edək ki, Ozan Kabak “Hoffenhaym”ın futbolçusudur və Türkiyə millisinin üzvüdür.
- Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar
- DÇ-2026: Tunis millisinin heyəti BƏLLİ OLDU
- Murad Allahverdiyev: “Zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi”
- AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
- Üç boksçumuz Avropa birinciliyində medalı təmin etdi