"Papa Karlo"dan növbəti rekord
09.11.2023 - 14:35
Karlo Ançelotti daha bir rekorda imza atıb.
Apasport.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Çempionlar Liqasında qələbələrin sayına görə ilk sıraya yüksəlib.
“Kral klubu” turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Braqa"nı (3:0) darmadağın edib. Bu qələbə Ançelottinin qitənin bir nömrəli klub turnirində sayca 116-cı zəfəri olub. Bununla da 64 yaşlı italiyalı "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusonun (115 qələbə) rekordunu təzələyib.
- UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqladı
- Stolüstü tennisçilərimiz Xorvatiyada bürünc medal qazanıblar
- Qyoko Hacıyevski: “Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil” - MÜSAHİBƏ
- Ağasəlim Mircavadov: “Qarabağ”ın sayəsində onları canlı izləyəcəyik" - Açıqlama
- Super Liqa: “Fənər”dən inamlı qələbə
0
0