Papenin rekordu təkrarlandı
24.01.2023 - 12:04

Kilian Mbappe Fransa kubokunun ən yaxşı bombardiri adına şərik olub.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu turnirdə keçirdiyi 25 matçda 29 qol vurub.
O, indiki klubu və “Monako”da buna nail olub. Mbappe turnirin tarixində ən çox qol vuran Jan-Pyer Papenə çatıb. Fransa yığmasının sabiq hücumçusu “Marsel” və “Bordo”nun heyətində fərqlənib. İlk “üçlüy”ü 28 qol vuran Pedro Pauleta qapayır.
Qeyd edək ki, Mbappe 1/16 finalın “Pay de Kassel”lə görüşündə (7:0) beş qol vurub.
- Hakimə hücum edən futbolçu 12 oyunluq cəza ala bilər
- Rəşad Sadıqov: "Hakimə etiraz ediriksə, o demək deyil ki, narazıyıq" - VİDEO
- PFL-in yeni prezidenti: “Bu, oyunların şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”
- U-19 yığmamızın rəqibləri müəyyənləşib
- "Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi açıqlandı
0
0