Pedro Netodan yeni rekord
18.02.2024 - 15:02
Pedro Neto adını "Vulverhempton"un tarixinə yazdırıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı vinqer "Tottenhem"lə matçda (2:1) məhsuldar ötürmə edib.
Bu portuqaliyalı futbolçunun 19-cu assisti olub. Bununla da Neto “Vulverhempton”un İngiltərə Premyer Liqasında ən yaxşı məhsuldar ötürmə edən futbolçusu olub.
Qeyd edək ki, "Arsenal", "Liverpul" və "Tottenhem"in maraq dairəsində olan cinah oyunçusu bu mövsüm 19 matçda iştirak edərək, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- Messi: "Bunlar mənim son matçlarım ola bilər"
- Azərbaycan çempionatında ilin ilk oyunları start götürəcək
- Avropa Oyunları gündəliyi: Daha 4 növdə yarışlara start
- Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
- Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."
0
0