Penyanın yeni klubu müəyyənləşdi
17.06.2022 - 23:24
“Vilyarreal”la müqaviləsi başa çatan Ruben Penyanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Osasuna”ya keçib.
30 yaşlı futbolçu azad agent kimi yeni klubuna qoşulub. Onunla 3 illik müqavilə imzalanıb. Ruben 2025-ci ilin yayına qədər Pamplona təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Penyanın müqaviləsində sərbəstqalma məbləği kimi 15 milyon avro göstərilib.
- DÇ-2026: Millimizin rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Kurban Berdıyev: "Qurbanov Azərbaycanın ən güclü məşqçilərindəndir"
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- “Qalatasaray” 50 milyonluq transfer üçün "Yuventus"la masada
- Bakıda “Formula 1”in son günü - FOTOLENT
0
0