“Real”ın baş məşqçisi Florentino Peres komandanın növbəti baş məşqçisini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, “Roma”nın çalışdırıcısı Joze Mourinyonun yenidən “kral klubu”na qayıtması ehtimalı yaranıb.
Peres gələn mövsüm karyerasını bitirməyi düşünən Ançelottinin gedişindən sonra portuqaliyalını dəvət etməyi düşünür. Namizədlər siyahısında başqa mütəxəssislərin də olduğu bildirilir.
Qeyd edək ki, Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Onun rəhbərlik etdiyi “canavarlar” hazırda A seriyasında 7-ci pillədə qərarlaşıb. 49 yaşlı çalışdırıcı 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib.
- “Rusiya Premyer Liqası ilə yalnız “Qarabağ”ı müqayisə etmək olar” – MÜSAHİBƏ
- Güləşçimiz dünya çempionatının finalında
- Emin Mahmudov: "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"
- 29 il sonra ilk dəfə 3 Bundesliqa klubu avrokuboklarda yarımfinala yüksəlib
- Kimmix millidən getmir – “Təslim olmayacam”