“Barselona” maaşının azaldılması ilə bağlı müdafiəçi Jerar Pike ilə anlaşmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, yeni transferləri qeydiyyatdan keçirmək üçün Kataloniya klubu maaş limitini azaltmalıdır.
Tərəflər arasında baş tutan bir sıra görüşlərdən sonra futbolçu güzəştə getməyə razılaşıb. Rəhbərlik bu həftə ərzində yeni şərtlər altında müqavilə imzalanmasına ümid edir. Sözləşməsi 2024-cü ilə qədər qüvvədə olan Pike koronavirus pandemiyası zamanı təxirə salınan ödənişlərdən imtina edir.
O, əvəzində müqavilənin sonuna qədər klubda qalmaq istədiyini bildirib. Bunun üçün hətta hazırkı maaşında da endirimə razılıq verib.
- Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
- "Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə
- Azərbaycan Əvəzedicilər liqasında püşkatma mərasimi keçirilib
- Eltac Səfərli şahmat turnirində çempion olub
- “Fiorentina” idman direktorunu qovub