Polşa millisində yeni baş məşqçi
20.09.2023 - 14:02
Polşa millisinə baş məşqçi təyinatı olub.
Apasport.az saytı xəbər verir ki, bu post yerli Mihal Probetsə həvalə edilib.
50 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Probets Polşanın gənclərdən ibarət komandasını da çalışdırıb.
Onun ilk sınağı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Farer adaları ilə səfər matçına təsadüf edəcək.
Qeyd edək ki, Probetsdən öncə milliyə Fernando Santos rəhbərlik edib. Portuqaliyalı AVRO-2024-ün seçmə mərhələsində Albaniya yığmasına məğlubiyyətdən sonra (0:2) postundan göndərilib.
- Georgiyevski Emin Mahmudov səsləndi: “Kapitan kimi onlara deməlisən ki...” - MÜSAHİBƏ
- Yeniyetmə cüdoçular arasında liqa yarışına yekun vurulub - FOTO
- Dursun Özbek yenidən “Qalatasaray”ın prezidenti seçildi
- Şöbə müdiri: “Gəncə şəhər stadionunda son tamamlama işləri gedir”
- “Real” 16 yaşlı braziliyalı alır
0
0