Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
28.06.2026 - 05:59
Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu

Kolumbiya - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, FIFA Diogo Koştanı qarşılaşmanın oyunçusu seçib.

Portuqaliyalı qolkiper 0:0 hesabı ilə bitən görüşdə 5 qurtarış edib. Koşta matçı 8,4 reytinq balı ilə başa vurub.

Qeyd edək ki, bu nəticədən sonra Kolumbiya K qrupunu lider, Portuqaliya isə 2-ci pillədə tamamlayıb.