Portuqaliya millisinin üzvü “Beşiktaş”ın radarında
05.04.2026 - 16:36
"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Bavariya"nın müdafiəçisi Rafael Gerreyro ilə maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, mövsüm sonu Münhen təmsilçisini tərk edəcəyi dəqiqləşən 32 yaşlı müdafiəçi də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm "Bavariya" forması ilə 23 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0