Portuqaliya millisinin üzvü "Liverpul"un hədəfində
28.04.2026 - 18:08
"Portu"nun qapıçısı Dioqo Kosta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" portuqaliyalı qolkiperin xidmətində maraqlıdır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi Kostanı Alisson Bekerin davamçısı kimi düşünür. 26 yaşlı "əlcək sahibi"nin klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
Qeyd edək ki, Dioqo Kosta "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində keçirdiyi 47 oyunda qapısında 27 qol görüb.
- Avropa çempionatının favoritləri bəlli olub
- “Nyukasl” təxirə salınmış matçda şou göstərdi – VİDEO
- "Kəpəz"in futbolçusu: "Nəinki sonuncu, heç 9-cu yeri də... " - Müsahibə
- Almaniya millisinin sabiq üzvü Renat Dadaşovun komanda yoldaşı olub
- Unahi matçın ən yaxşısı seçildi - 2 qolla Mərakeşi 1/4 finala daşıdı
0
0