Portuqaliyalı “Beşiktaş”dan ayrılacaq: Sergen Yalçın istəmədi
13.03.2026 - 10:47
“Beşiktaş” mövsümün əvvəlində “Nottingem Forest”dən 2,5 milyon avroya icarəyə götürdüyü Jota Silva ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı vingerin satınalma bəndindən yararlanmayacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, “qara qartallar”ın baş məşqçisi Sergen Yalçın 26 yaşlı futbolçunun çıxışından narazıdır. Oyunçu türkiyəli mütəxəssisin gələcək planlarında yer almır.
Qeyd edək ki, “Beşiktaş” forması ilə indiyədək 15 rəsmi matça çıxan Jota Silva bu qarşılaşmalarda 3 qolla yadda qalıb.
- Sabiq “Qaalatasaray”lı “Yuventus”a rəhbərlik edə bilər
- İtaliya millisinin əsas oyunçusu 1/8 final matçını buraxacaq
- Cengiz Ündər: "İstəyimiz ermənilərə qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır"
- Avropa Liqasını tərk edəcək 6 komanda məlum olub
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
0
0