Portuqaliyalı iki nəhəngin gündəmində
28.05.2022 - 23:31
“Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveş komandasını dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü iki nəhəngin maraq dairəsinə düşüb.
25 yaşlı orta sahə oyunçusu “Barselona” və “Mançester Yunayted”in transfer gündəminə düşüb. Kataloniyalılar bir müddətdir onunla maraqlanırsa, “qırmızı şeytanlar” yenicə bu mübarizəyə qoşulub. Futbolçu özü Çempionlar Liqasında oynayan kluba keçmək arzusundadır.
Qeyd edək ki, Ruben Neveşin “Vulverhempton”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- "Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
- “Atletiko” Qyökereş üçün danışıqlara başlayıb
- Yüksək Liqa: "Neftçi" növbəti matçına çıxacaq
- Azərbaycanı şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək
- Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün nəzəri və praktiki seminar təşkil edib
0
0