Premyer Liqa klublarının gözü “Barselona”da
06.09.2022 - 16:05
“Barselona”nın futbolçusu Frenki de Yonqun İngiltərə klublarından birinə keçidi qış transfer pəncərəsində reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” niderlandlının xidmətində hələ də maraqlıdır.
Yayda aldığı təklifləri rədd edən Frenki “Barselona”da qalmağa üstünlük verib. Premyer Liqa qarşıdakı aylarda vəziyyətin dəyişə biləcəyinə ümid edir.
Düzdür, hər iki komanda yarımmüdafiəçi alıb. Amma ingiltərəlilər de Yonqu da heyətinə qatmağın əleyhinə deyil.
Qeyd edək ki, “Mançester Yunayred” Kazemironu, “Çelsi” Denis Zakarianı transfer edib.
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
- DÇ-2022: 40 minlik stadionda 41721 azarkeş - QALMAQAL
- Fernandu Santuş: "Kimisə bağışlayacaq adam deyiləm"
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Qurbanov oğlunu "Neftçi"yə göndərəcək? - Özəl
0
0