Premyer Liqa klubundan 7 milyonluq transfer
13.06.2023 - 09:35
“Nyukasl” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi “Odense”nin vingeri Yankuba Minteni transfer edib. 18 yaşlı futbolçu üçün 7 milyon avro ödənilib.
Minte iyulun 1-dən “Nyukasl”ın oyunçusu sayılacaq. O, növbəti mövsümdə icarə əsasında “Feyenoord”da çıxış edəcək.
Qeyd edək ki, Minte Danimarka çempionatında keçirdiyi 17 matçda 4 qol vurub.
- “Neftçi” “Karvan-Yevlax”la matçın hazırlıqlarını başa vurub
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Mbappe "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqladı
- Xərçəngdən sağaldı, meydana dönür
0
0