Premyer Liqada ayın ən yaxşısı müəyyənləşib
13.02.2026 - 16:05
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada “Brentford”un hücumçusu İqor Tiaqo layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvard mütəxəssislərin və azarkeşlərin səsləri əsasında qalib seçilib.
Qeyd edək ki, 24 yaşlı futbolçu yanvar ayında İngiltərə çempionatında keçirdiyi 5 oyunda 5 qol vuraraq yadda qalıb.
- Azərbaycanlı mütəxəssis Qazaxıstan yığmasına baş məşqçi təyin olundu
- "Turan Tovuz" iddiasını davam etdirir - YENİLƏNİB
- Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı direktoru təyin olunub
- Millimiz Qazaxıstana yollanıb
- Paris-2024: Qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
0
0