Premyer Liqada klubunu dəyişə bilər
23.07.2022 - 17:22
“Vulverhempton”un yarımmüdafiəçisi Leandro Dendonker İngiltərədə klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, “Everton” 27 yaşlı futbolçu ilə maraqlanır.
“Mersisaydlılar”ın baş məşqçisi Frenk Lempard belçikalını sərəncamında görmək istədiyini etiraf edib. “Everton” yaxın günlərdə futbolçu üçün rəsmi transfer təklifi göndərəcək. Onun “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Leando Dendonker ötən mövsüm 34 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
- Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə
- Azər Bağırov: “Komanda olaraq çox işimiz var”
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- "Almeriya"dan antirekord
- Samir Abasov: "Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik"
0
0