Premyer Liqadan “Əl-Şəbəb”ə
21.08.2023 - 20:11
İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Everton”un üzvü Demaray Qrey “Əl-Şəbəb”ə keçidə yaxındır.
Yamaykalı hücumçunun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Asiyalılar hazırda futbolçunun özü ilə danışıqlar aparır.
26 yaşlı futbolçunun Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. Transferin 20 milyon avroya reallaşacağı gözlənilir.
Qeyd edək ki, Demaray ötən mövsümün 36 oyununda 6 qol vurub.
- Keysuke Honda karyerasını harada davam etdirəcəyini açıqladı
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununa çıxıb
- “Abşeron Lions” “Ordu”nu məğlub edib
- Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
0
0