Premyer Liqanı La Liqaya dəyişə bilər
26.03.2025 - 16:22
İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in üzvü Kristian Romero karyerasını La Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, müdafiəçi ilə "Atletiko Madrid" yaxından maraqlanır.
Bu barədə "SkySports" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə Madrid təmsilçisi 26 yaşlı argentinalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, "Tottenhem" Romeronu 2022-ci ildə "Atalanta"dan 52 milyon avroya heyətinə qatmışdı.
Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qolla yadda qalıb.
- Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
- Yığmamızın Avropa çempionatındakı oyunlarının vaxtı DƏQİQLƏŞDİ
- Belyerin Premyer Liqaya qayıtmayacaq
- Ehtiram Quliyev: "Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var"
- “Dortmund” “Leypsiq” səfərindən əliboş qayıdır
0
0