“Goal” jurnalı İngiltərə Premyer Liqasının ən yaxşı yarımmüdafiəçilərinin reytinq siyahısını dərc edib.
Apasport.az xəbər verir ki, siyahıya “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays başçılıq edir.
“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo ikincidir, “Mançester Siti”nin ispaniyalı futbolçusu Rodri Hernandes isə ilk üçlüyü tamamlayıb.
İngiltərə Premyer Liqasının 10 ən yaxşı yarımmüdafiəçisi arasında həmçinin, Bruno Fernandes (Mançester Yunayted), Martin Odeqard (Arsenal), Bruno Gimarayeş (Nyukasl), Qranit Caka (Sanderlend), Dominik Soboslai (Liverpul), Enzo Fernandes (Çelsi) və Martin Subimendi (Arsenal) yer alıb.
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Lukas Afriko: “Qarabağ” qarşılaşacağımız ən çətin komandadır” - MÜSAHİBƏ
- Tahir Gözəl: “Neftçi"yə qarşı matçı yoldaşlıq oyunu kimi görürdüm”
- Azərbaycan – Ermənistan oyununun vaxtı açıqlandı
- Paris-2024: İspaniya Özbəkistana qalib gəlib