“Spartak”ın hücumçusu Kvinsi Promesin Əl-Avir həbsxanalarından birində saxlanma şəraiti məlum olub.
Apasport.az xəbər verir ki, futbolçu 6 nəfər üçün nəzərdə tutulmuş kameradadır, lakin otaqda daha 10-20 məhbus var ki, onların əksəriyyəti Pakistan, Misir və ya Hindistan əsilli, həmçinin narkotik aludəçisidir. Onların tanınmış futbolçu ilə birgə olduqlarına dair məlumatları yoxdur.
Promes üç mərtəbəli çarpayıdan birində yatır. Onun başı artıq keçaldır. Əgər o, saçını uzatmaq qərarına gəlsə, onu sərt cəza gözləyir. Bundan əlavə, gün ərzində Promesə televizora baxmaq və ya çölə çıxmaq üçün kamerasını tərk etməyə icazə verilir, lakin ona idmanla məşğul olmaq qadağandır. Futbolçunun kamerası kondisioner olduğundan səs-küylü və soyuqdur.
- Gənc taekvondoçular arasında Azərbaycan Kubokuna start verilib
- “Qarabağ”, “Neftçi” və “Zirə” mükafatlandırıldı - FOTOLENT
- Təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşdi
- Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
- “Bavariya”nın sabiq futbolçusu komandanın baş məşqçisi ola bilər