PSJ 50 milyon avroya müdafiəçi alır
29.01.2024 - 17:59
PSJ Fransanın digər klubu "Lill"də çıxış edən müdafiəçi Leni Yoro ilə maraqlanmağa davam edir.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Paris nəhəngi fransalını tam hüquqlu transfer və ya sonradan satın almaq hüququ ilə icarəyə götürməyə hazırlaşır. Fransa çempionu futbolçu üçün "Lill"ə 50 milyon avro təklif etmək niyyətindədir.
18 yaşlı futbolçi “Lill” Akademiyasının məzunudur. O, bu mövsüm 24 oyun keçirib və 3 qol vurub. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
- Kərim Benzema: "Onu tənqid edənin futboldan xəbəri yoxdur"
- Dmitri Kruqlov: “Estoniya Bakıda qalib gələcək” - MÜSAHİBƏ
- Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurublar
- "Kəpəz" son 16 mövsümün antirekorduna imza atıb
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
0
0