PSJ-də Mbappedən daha çox forması satılan futbolçu
20.10.2023 - 11:41
Sən demə, PSJ-də ən çox futbolkası satılan oyunçu Kilian Mbappe deyilmiş.
Apasport.az xəbər verir ki, bu mövsüm Paris klubunda ən çox forması satılan oyunçu Li Kang-İndir.
22 yaşlı futbolçu mövsümün əvvəlində İspaniya “Malyorka”sından Liqa 1 təmsilçisinə transfer edilib. Klubdan verilən açıqlamada hücumameyilli yarımmüdafiəçinin forma satışında Mbappeni belə qabaqladığı bildirilir.
Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Kang-İn yeni klubunda qol hesabını aça bilməyib.
- Tahir Gözel: "Hər kəs gördü ki, "Qarabağ" rəqibdən üstün oynadı" - VİDEO
- Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar
- İslam Oyunları: Daha bir idmançımız bürünc medal qazanıb
- “Sabah” “Lill”lə anlaşdı: Fransız futbolçu ilə 4 illik müqavilə
- Mətbuat katiblərinin PROQNOZU: Əksəriyyət 2:1 düşünür
0
0