PSJ-də şok itki - “Barsa” ilə oyunu buraxacaq
01.10.2025 - 09:22
PSJ Çempionlar Liqasının II turunun "Barselona" ilə oyununa ciddi itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, Fransa çempionunun aparıcı futbolçusu Xviça Kvaratsxeliya zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcü yarımümdafiəçi sentyabrın 27-də Fransa Liqa 1-in “Oser”lə görüşündə (2:0) budundan zədə alıb.
Qeyd edək ki, “Barselona” – PSJ görüşü bu gün, Bakı vaxtı ilə 23:00-da start veriləcək.
- “Zirə”dən növbəti növbəti qələbə
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- Murad Musayevin istəyi - Rusiya - Azərbaycan oyunu
- Messinin son durumu bəlli olub
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
0
0