"Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Quimaraes PSJ-nin radarındadır.
Apasport.az "Caught Offside" nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçi Paris nəhəngi rəhbərliyinin yay üçün transfer siyahısına başçılıq edir.
Mənbə qeyd edir ki, ingilislər maliyyə feyr-pleyi ilə bağlı problemlərə görə cənubi amerikalını satmağı düşünür.
Futbolçunun transfer qiyməti 100 milyon avrodur.
Bruno 2 il əvvəl "Lion"dan "Nyukasl"a keçib. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm braziliyalı 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- "Mançester Siti" dünya çempionu oldu
- Şahmat üzrə DÇ-də 10-cu tur keçirilib
- Deşamı Zidan əvəzləyəcək? – Federasiya prezidenti AÇIQLADI