PSJ Viktor Osimhenin transferində israrlıdır.
Apasport.az xəbər verir ki, Paris klubu nəyin bahasına olursa-olsun "Napoli"nin hücumçusunu transfer etmək istəyir.
Xüsusilə, Kilian Mbappenin yayda “Real”a gedəcəyi ilə bağlı xəbərlər artdıqdan sonra, Liqa 1 təmsilçisi Nigeriya millisinin hücumçusuna diqqətini daha da artırıb. İddialara görə, PSJ rəhbərliyi 25 yaşlı forvardın müqaviləsində göstərilən 130 milyon avro kompensasiya məbləğini ödəyərək oyunçunu heyətə qatmağa hazırlaşır.
Qeyd edək ki, bu mövsüm "Napoli"nin heyətində 18 oyun keçirən Osimhen 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin baş məşqçisi: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir”
- "Barselona"nın 4 futbolçusu "Napoli" ilə oyunu buraxacaq
- Murad Musayev: "Hansı klub mənə yaxın durar ki?" - Müsahibə
- Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq
- Messi və Ronaldo ilə görüşün ilkin qiyməti – 2,66 milyon dollar