PSJ "Real"ın müdafiəçisi ilə maraqlanır
25.12.2025 - 14:35
Fransanın PSJ klubu "Real"ın (İspaniya) müdafiəçisi Antonio Ryudiqerlə maraqlanır.
Apasport.az xəbər verir ki, Paris klubu 32 yaşlı futbolçunu yayda heyətinə qatmaq üçün sərfəli müqavilə təklif etməyə hazırlaşır.
Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, almaniyalı oyunçu 2025/2026 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə 7 matç keçirib. "Transfermarkt" portalı A.Ryudiqerin dəyərini 12 milyon avro qiymətləndirir.
- Qurban Qurbanov: "Pul elə qüvvədir ki, gələn kimi gedir"
- Oblak “Atletiko”dan ayrılır? – “Yuventus” hərəkətə keçdi
- İməməddin Xəlilov: Azərbaycanın Paralimpiya Çempionu Kimdir?
- Qvardiola zədəli oyunçuların son durumu haqda məlumat verdi
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0