PSV-nin futbolçusu Yohan Bakayoko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Nyukasl" belçikalı vingeri transfer etməkdə maraqlıdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Nyukasl" Bakayoko üçün nə qədər ödəyəcək?
"Sağsağanlar" Bakayokonu yayda transfer etməyi planlaşdırır. "Nyukasl" 21 yaşlı ön xətt oyunçusu üçün 40 milyon avroluq rəsmi təklif göndərəcək.
Bakayokonun karyerası
Qeyd edək ki, 2019-cu ilin yayında "Anderlext"in akademiyasından transfer edib. Belçika millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Roma” - “Feyenoord”: Kim güclüdür?
- Laurentsiu Regekampf: "Məğlubiyyət bizim üçün utancvericidir"
- AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
- "Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR
- Sergey Yakiroviç: "Rəqibin hücum xətti güclüdür, müdafiələrini isə sabah görəcəyik"