“Qalatasaray” Almaniya millisinin üzvünün cavabını gözləyir
05.06.2025 - 22:26
"Qalatasaray" gələn ay "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Saneni transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi artıq almaniyalı vingerlə danışıqlara başlayıb.
Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
"Qalatasaray" Saneyə illik 12 milyon avro maaş təklif edib. "Sarı-qırmızılılar" 29 yaşlı futbolçunun cavabını gözləyir.
Qeyd edək ki, Almaniya millisinin üzvü başa çatan mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Borussiya”da 3 illik anlaşma
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"
- Yüksək Liqa: Yarımfinal mərhələsinə bu gün start veriləcək
- "Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
0
0