Mövsümün əvvəlində "Qalatasaray"a transfer olunan Hakim Ziyeç komandanı tərk edə bilər.
Apasport.az "DHA"ya istinadla xəbər verir ki, ara transferdə "Qalatasaray"dan ayrılan ilk ad Ziyeç ola bilər.
Mövsümün əvvəlində İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"dən təmənnasız icarəyə götürülən Hakim Ziyeç gözlənildiyi kimi çıxış edə bilməyib. Zədəsi səbəbindən zaman-zaman oynaya bilməyən mərakeşli futbolçu oynanılmamış Superkubok matçı öncəsi zədəsi səbəbindən heyətdən uzaqlaşdırılıb. Bu səbəbdən "Qalatasaray"ın fasilədə 30 yaşlı futbolçu Hakim Ziyeçlə yollarını ayıracağı öyrənilib.
Ziyeç bu mövsüm sarı-qırmızılı forma ilə 14 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
- "Lill" "Marsel"i 3 qolla məğlub edib
- PFL-dən təqdirəlayiq addım: I və II liqalarda da "Ayın qolu" seçiləcək
- Premyer Liqa klubu 111 il sonra seriyasını təkrarladı
- Ən gənc 3-cü kapitan, 100-cü argentinalı, heyrətamiz nisbət – ÇL rəqəmlərlə
- Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb