"Qalatasaray" "İnter"in ulduzuna göz dikdi
11.08.2025 - 11:37
Türkiyə Super Liqa təmsilçisi "Qalatasaray" transfer çalışmalarına davam edir.
Apasport.az xəbər verir ki, İstanbul klubu hazırda "İnter"in formasını geyinən Benjamin Pavardı heyətinə qatmaq istəyir.
Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Onun sözlərinə görə, "Qalatasaray" fransalı müdafiəçini yeni mövsümdə öz heyətində görmək istəyir.
Xatırladaq ki, 28 yaşlı Pavard ötən ilin yayında "Bavariya"dan "İnter"ə keçib.
Qeyd edək ki, Benjamin Pavard 2024-25 mövsümündə "İnter"də 38 oyunda forma geyinib və 1 qol vurub.
- Ronaldo: “Tezliklə karyeramı başa vuracağam”
- “Neftçi” Avropa Kubokuna qələbə ilə başlayıb - YENİLƏNİB
- Qurban Qurbanov: “Futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər”
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- “Fənərbaxça” Livakoviçi rəsmiləşdirdi
0
0