“Qalatasaray” Leminanı buraxmaq istəmir
02.04.2026 - 09:52
“Qalatasaray” Leminanı buraxmaq istəmir

“Qalatasaray” yeni mövsüm üçün heyətini qorumağı planlaşdırır.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cimbom” Mario Leminanı buraxmaq istəmir.

"Sarı-qırmızılılar" qabonlu futbolçuya yeni müqavilə təklif edib. “Qalatasaray”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq təcrübəli futbolçunun özü də klubda qalmağa müsbət yanaşır.

32 yaşlı futbolçunun müqaviləsinin 1 il uzadılması planlaşdırılır.

Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.